EN

XİN-in müsəlman ölkələri səfirləri üçün iftar süfrəsi

Martın 17-də xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri üçün təşkil olunmuş iftar məclisində çıxış edib.

Ceyhun Bayramov müqəddəs Ramazan ayı, habelə qarşıdan gələn bayram münasibətilə təbriklərini çatdırıb, dünyamıza sülh, əmin-amanlıq arzulayıb. Azərbaycan cəmiyyətinin milli-mənəvi dəyərlərində, o cümlədən müxtəlif icmaların nümayəndələrinin sülh şəraitində birgəyaşayış təcrübəsində İslam dininin və Ramazan ayının xüsusi yeri və rolundan bəhs olunub.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun duayeni, Fələstinin ölkəmizdəki səfiri Nəssir Əbdül Kərim Əbdül Rəhim çıxış edərək Ramazan ayı münasibətilə təbriklərini çatdırıb, eləcə də Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif olunmasından şərəf duyduğunu bildirib.

Sonra isə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi tərəfindən iftar duası oxunub, tədbir iştirakçıları üçün iftar süfrəsi açılıb.

XQ

Chosen
36
2
xalqqazeti.az

10Sources