EN

Hondurasda təyyarə qəzasında ölənlərin sayı 12-yə çatıb

Hondurasın qərbindəki Roatan adasındakı hava limanından havaya qalxan təyyarənin dənizə düşməsi nəticəsində azı 12 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu abrədə Honduras Milli Polisi X-də bildirib. Bundan əvvəl altı ölənin olduğu bildirilirdi.

Bildirilir ki, beş nəfər sağ qalıb, xilasedicilər gəmidə olan daha bir şəxsi axtarırlar.

Lanhsa aviaşirkətinə məxsus təyyarə bazar ertəsi axşam Roatan adasındakı Xuan Manuel Qalvez hava limanından qalxdıqdan dərhal sonra dənizə düşüb.

Chosen
14
ucnoqta.az

1Sources