Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat xidmətindən Far.Az-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində Binəqədi və Nərimanov rayonları ərazisində 22 qumbara, 1 tapança, 1 tüfəng, 1 patron darağı və 13 patron tapılaraq götürülüb.
Həmçinin 48 yaşlı paytaxt sakini 1 avtomat silahı, 1 patron darağı və 4 patronu könüllü olaraq polisə təhvil verib.
Araşdırmalar aparılır.