EN

Qarabağ və Kərkük universitetləri arasında tələbə mübadiləsi aparılacaq

Qarabağ və Kərkük universitetləri arasında tələbə mübadiləsi aparıla bilər.

Modern.az xəbər verir ki, bunu Türkman Akademiklər Təşkilatının sədri Nebil Şahin Kifrili martın 18-də Bakıda “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu çərçivəsində keçirilən "Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər" panel müzakirəsində deyib.

Onun sözlərinə görə, bununla bağlı Qarabağ Universitetinin rektoru ilə şifahi razılaşma əldə olunub:

"Mən İraqın Azərbaycandakı səfiri ilə bununla bağlı danışıqlar aparmışam. Qarabağ və Kərkük universitetləri arasında tələbə mübadiləsi aparılması razılaşdırılıb. Ümid edirəm, nəticə müsbət olacaq".

Chosen
27
modern.az

1Sources