"PAŞA Bank"ın rəhbərliyində dəyişiklik olub.
"APA-Economics"in əldə etdiyi məlumata görə, Rövşən Şamil oğlu Allahverdiyev bankın Müşahidə Şurasının sədri təyin edilib.
O bu vəzifədə Mir Camal Paşayevi əvəzləyib. Mir Camal Paşayev yaradılmasının ilk günündən başlayaraq“PAŞA Bank” ASC-nin Müşahidə Şurasına sədrlik edib, 2020-ci ildə isə Bankın səhmdarları siyahısına daxil olub.
Qeyd edək ki, Rövşən Allahverdiyev "PAŞA Holdinq"in Baş İcraçı Direktorun Müavini və holdinqə daxil olan 6 maliyyə təşkilatı və şirkətin Müşahidə Şurasının sədridir.