EN

Çingiz İsmayılovun son durumu

AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov pnevmoniya səbəbindən xəstəxanaya yerləşdirilib.

Bu barədə “Report”a onun oğlu Anar İsmayılov məlumat verib.

O, atasının hazırda ev şəraitində müalicə aldığını bildirib: “Az yemək yeyir. Durub gəzmək istəyəndə başı hərlənir deyə, uzanıqlı vəziyyətdə olur. Pnevmoniya səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Dərmanlar qəbul edir, sistem vurulur”.

Qeyd edək ki, Çingiz İsmayılov 1955–1962-ci illərdə "Neftçi"nin şərəfini qoruyub. Bundan başqa, Bakının və Gəncənin "Dinamo", həmçinin "Neft daşları" komandasında oynayıb. 89 yaşlı veteran futbolçu 2022-ci ilin dekabrında "Tərəqqi" medalı ilə təltif olunub.

İdman.biz

Chosen
7
idman.biz

1Sources