EN

PFL “Ayın qolu” layihəsi üzrə fevralın qaliblərini açıqladı - Video

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqası və Birinci Liqada “Ayın qolu” layihəsi üzrə fevral ayının qaliblərini açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan Premyer Liqasında Patrik Andradenin (“Qarabağ”) vurduğu qol ən yaxşı seçilib.

Birinci Liqada Ramil Orucovun (MOİK) qolu fərqləndirilib. İkinci Liqada isə Eşqin Tağıyev (“Qusar”) qalib olub.

PFL-in yaydığı məlumatda o da qeyd olunur ki, İkinci Liqa çərçivəsində keçirilmiş səsvermə zamanı 3 oyunçunun qolu 3 xal toplayıb. Belədə şərtlərə əsasən, yekun qərarın verilməsi Peşəkar Futbol Liqasının səlahiyyətləri daxilindədir. Daxili səsvermənin yekunlarına görə, “Qusar”ın futbolçusu Eşqin Tağıyevin qolu “Ayın qolu” seçilib.

Chosen
29
11
arena.az

10Sources