EN

Türkiyəli aktrisa Trampın evində - FOTO

"Adını Feriha Koydum" serialında "Hande" obrazı ilə məşhurlaşan türkiyəli aktrisa Ceyda Ateş həyat yoldaşı Buğra Toplusoyla ABŞ prezidenti Donald Trampın “Palm Beach”dəki “Mar-a-Lago” malikanəsini ziyarət edib.

Bizim.Media xəbər verir ki, uzun müddətdir ABŞ-da yaşayan cütlük bu barədə sosial şəbəkədə paylaşım edib.

Məşhur cütlüyün sosial şəbəkədəki paylaşımında Donald Trampın görüntüsü diqqət çəkib.

"ABŞ prezidenti Donald Trampın evindəki ziyafətdən fotolar. Sürpriz sonluq" – deyə B. Toplusoy instaqram hesabındakı paylaşımda qeyd edib.

Cütlüyün Trampın “Palm Beach”dəki malikanəsindən paylaşımları böyük marağa səbəb olub.

Qeyd edək ki, 1985-ci ildən Donald Trampa məxsus olan “Palm Beach”dəki “Mar-a-Lago” malikanəsi indi bir çox tədbirlər üçün istifadə olunur.








Bizim.Media

Chosen
73
50
bizim.media

10Sources