EN

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi qeyd ediləcək – Sərəncam

qafqazşünaslıq
Prezident İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Sərəncamda qeyd olunur ki, 2025-ci ildə ölkənin ali elmi təşkilatının – Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 ili tamam olur.
Chosen
32
37
yeniavaz.com

6Sources