Xankəndi. Trend:
Qarabağ Universitetində İlaxır çərşənbə və Novruz bayramımünasibətilə tədbir və konsert proqamı təşkil edilib.
Trend-in yerli müxbiri xəbərverir ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbirigiriş sözü ilə açaraq milli bayramımız Novruzun ilaxır çəşrənbəsiniXankəndi şəhərində qeyd etməyin qürurundan bəhs edib.
Rektor bildirib ki, Xankəndi şəhərində Novruz bayramını qeydetməyimizin özü də xalqımızın əzmi, Prezident İlham Əliyevin siyasiiradəsi və Ordumuzun rəşadətinin nəticəsidir.
Ş.Bayramov Qarabağ Universitetinin professor-müəllim, inzibativə tələbə heyətini əziz bayram münasibətilə təbrik edib və Novruzbayramının hər kəsə birlik və həmrəylik gətirməsini diləyib.
Tədbir rəsmi hissənin ardından bədii proqramla davam edib.Proqramda Qarabağ Universitetinin tələbələri tərəfindən millirəqslər və Novruz bayramına aid adət-ənənələri əks etdirənsəhnəciklər təqdim olunub. Bundan əlavə, tədbirdə müəllim vətələbələrin ifasında milli mahnılar səsləndirilib.
Sonda bayram tonqalının ətrafında universitetin müəllim vətələbə heyətinin iştirakı ilə yallı təşkil edilib.