Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşı “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Xezerxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları təltif ediliblər:
Babayev Toğrul Cavanşir oğlu
Cabbarova Könül Şamil qızı
Əsgərov Nəbi Allahverdi oğlu
Fətəliyev Sahil Əli oğlu
Həsənov Cahandar Vidadi oğlu
Musayev Səbuhi Əbülfət oğlu
Mustafayev Şəhriyar Elman oğlu
Orucov Vüsal Ramiz oğlu.