EN

Braziliyada maaşlar kriptovalyuta ilə ödənilə bilər

Bakı. Trend:

Yaxın zamanda Braziliyada işçilərin əmək haqqları “Bitcoin” vədigər kriptovalyutalarla ödənilə bilər.

Trend xariciKİV-lərə istinadən xəbər verir ki, bununla bağlı qanun layihəsiBraziliya parlamentinə çıxarılıb.

Federal millət vəkili Luiz Filippe de Orleans Braqançanıntəşəbbüsü ilə hazırlanan qanun layihəsinə görə, maaşların birhissəsi 50 faizdən çox olmamaqla kriptovalyuta şəklindəödəniləcək.

Sənəddə müqavilə əsasları ilə çalışan frilans işçilərin isəmaaşlarının tam həcmdə kriptovalyutalarla ödənilməsi nəzərdətutulur.

Qeyd edək ki, oxşar təcrübə artıq Yaponiya, İsveçrə vəPortuqaliya kimi ölkələrdə uğurlu şəkildə həyata keçirilib.

Məqalədə:
Chosen
11
1
az.trend.az

2Sources