Masallı Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Cəlil Nəzərov vəfat edib.
Referans.az xəbər verir ki, o 69 yaşında ağır xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, C.Nəzərov dörd il öncə korrupsiyada ittiham olunaraq həbs edilmişdi.
Prokuror Cəlil Nəzərova 12 il 6 ay həbs cəzası tələb etsə də, hakimlər keçmiş baş həkimin ağır xəstə olduğunu nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı cəza verməmişdi. ("Qafqazinfo")