EN

Qaxda dağlıq ərazi yanır

Qaxda dağlıq ərazidə yanğın baş verib.

“Qafqazinfo”nun məlumatına görə, yanğın rayonun Böyük Qafqaz sıra dağlarının Ləkit-Kötüklü kəndi ərazisində başlayıb.

Məlumata görə, 3 hektar ərazidə kol-kos yanır. Yanğın yerinə Qax YMH-nin texnikaları və canlı qüvvəsi cəlb olunub. 

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Chosen
7
6
sherg.az

7Sources