Norveçin Svalbard adalar qrupundakı Lonqyirbyuen qəsəbəsində ölmək, xəstələnmək və hətta doğulmaq qadağandır.
SeherXeber.org “Gloob”a istinadla xəbər verir ki, bu qəsəbədə 1950-ci ildə ölmək rəsmi olaraq qadağan edilib.
Bunun səbəbi isə 1918-1920-ci illər arasında bütün dünyayada yayılan ispan qripidir. Bu kiçik adada xəstəliyə yoluxaraq ölən şəxslərin meyitləri yaşayış ərazilərinə basdırılıb. Lakin qrip təsirini azaltsa da, Lonqyirbyuen qəsəbəsində xəstəlik yenidən üzə çıxıb.
Səlahiyyətlər vəziyyəti “imkansız” kimi qiymətləndirsə də, xəstəlik ölən insanlardan yayılmışdı.
Çox soyuq olan və böyük bir hissəsi buzla örtülmüş qəsəbədə torpağın altına basıdırılan insanların cəsədləri qurumamış və bədənlərindəki viruslar aktiv qalmışdı.
Vəziyyətin qəsəbədəki əhali üçün təhdid təşkil etdiyini görən rəsmilər məzarlarının yerlərini çox uzaq ərazilərə köçürdülər. O gündən etibarən adada xəstələnmək və ölmək qadağan edilib. Eyni şəkildə bu adada rəsmi olaraq uşaq dünyaya gətirmək də qadağan olunub. Buna səbəb isə qəsəbədə doğuş üçün sağlam bir mühitin olmamasıdır.
Bu qadağalarla rəsmilər baş verə biləcək problemlərin qarşısını almağa çalışırlar.