EN

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib (FOTO)

Bakı. Trend:

Martın 18-də - İlaxır çərşənbəsi günündə Heydər Əliyev Fondunundəstəyi ilə qəhrəman şəhidlərimizin övladları üçün Novruz şənliyikeçirilib.

Trend xəbər verir ki,Bakıdan, Heydər Əliyev Mərkəzinin qarşısından xüsusi ayrılmışavtobuslarla Qubaya yola düşən uşaqlar burada onlar üçün təşkilolunan bayram süfrəsi ətrafında maraqlı bir gün keçiriblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bayramşənliyində şəhid övladları ilə birgə olub.

Azyaşlılar və yeniyetmələr müxtəlif oyunlar və müsabiqələrvasitəsilə bacarıq və qabiliyyətlərini nümayiş etdirib, DJ-lərin,animatorların iştirakı ilə təqdim olunan müxtəlif əyləncə vəşou-proqramlara qatılıb, rəqs edib, oyunlarda iştirak ediblər.

Bayram şənliyinin sonunda doğum günü olan uşaqlarla birgə tortkəsilib və tədbir iştirakçılarına Heydər Əliyev Fondununhədiyyələri təqdim olunub.

Qeyd edək ki, Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum,xüsusi qayğıya ehtiyacı olan uşaqları, həmçinin şəhidlərimizin bizəəmanəti olan övladlarını hər zaman diqqətdə saxlayır. Fond bukateqoriyadan olan uşaqlar üçün mütəmadi tədbirlər keçirir, onlarınsosial müdafiəsinin gücləndirilməsi istiqamətində daim layihələrreallaşdırır.

Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Chosen
7
40
az.trend.az

10Sources