EN

Bu ölkə "Formula 1" yarışına ev sahibliyi etməyi planlaşdırır

Tailandın baş naziri Petonqtarn Çinavat "Formula 1"in baş direktoru Stefano Domenikali ilə ölkədə dünya çempionatının keçirilməsi mümkünlüyü ilə bağlı danışıqlar aparıb.

Day.Az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, hökumət bu məqsədə nail olmaq üçün "Formula 1" rəhbərliyi ilə sıx əməkdaşlıq etməyə hazırdır.

Qeyd edilib ki, layihə təsdiq olunarsa, yarış 2027-ci ildə keçiriləcək.

Chosen
16
5
day.az

7Sources