Qaxda dağlıq ərazidə yanğın baş verib.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yanğın rayonun Böyük Qafqaz sıra dağlarının Ləkit-Kötüklü kəndi ərazisində başlayıb.
Yanğın yerinə Qax YMH-nin texnikaları və canlı qüvvəsi cəlb olunub. Yanğın təqribən 3 hektar ərazini əhatə edir.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.