Kanadalı müğənni Castin Biber və onun həyat yoldaşı, model Heyli Biber boşanmanın astanasındadır. Qərb mediasının məlumatına görə, cütlük dini inanclarla bağlı məsələdə ortaq qərara gələ bilmir.
Azreform.info xəbər verir ki, "Daily Mail"ə danışan mənbənin sözlərinə görə, Heyli uzun müddətdir ziyarət etdikləri "Churchome" kilsəsindən narazıdır və bu, onun üçün ciddi problemə çevrilib.
"Onlar hazırda kilsələri ilə bağlı vacib qərar vermək ərəfəsindədirlər. Yeddi aylıq övladlarının dünyaya gəlməsi Heylini həyata və dinə daha diqqətlə yanaşmağa vadar edib", deyə mənbə bildirib.
Bildirilib ki, Heyli üçün dini inanclar xüsusi əhəmiyyət daşıyır. O, bir dəfə müsahibəsində Castinlə yalnız xristian inancı ilə bağlı ortaq bağ hiss etdiyi üçün ailə qurduğunu demişdi.
İddialara görə, Castin hazırda Heylini dəstəkləmir, bu isə onların münasibətində fikir ayrılıqlarına səbəb olur. Heyli isə övladlarının "doğru dəyərlər və inanclar" əsasında böyüməsini təmin etmək istəyir.
Qeyd edək ki, Castin və Heyli Biber 2018-ci ildə rəsmi nikaha daxil olublar. 2024-cü ilin may ayında sosial şəbəkələrdə ilk övladlarını gözlədiklərini elan ediblər. Onların oğlu Cek Bluz Biber 22 avqust 2024-cü ildə dünyaya gəlib.
Xatırladaq ki, bundan əvvəl Castin Biber model həyat yoldaşı ilə boşanacağı barədə yayılan şayiələri daha da gücləndirmişdi.(Qaynarinfo)