Sumqayıtda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, hadisə şəhəri 19-cu məhəlləsində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobillə "Kia" markalı avtomobil toqquşub.
Nəticədə hər iki sürücü və "Kia" markalı avtomobildə olan sərnişin, 1975-ci il təvəllüdlü Fariz Qaqaşov xəsarət alıb.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. /APA
Â
Milli.Az