EN

Sumqayıtda yol qəzası baş verdi,üç nəfər xəsarət aldı

Sumqayıtda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə şəhəri 19-cu məhəlləsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobillə “Kia” markalı avtomobil toqquşub.

Nəticədə hər iki sürücü və “Kia” markalı avtomobildə olan sərnişin, 1975–ci il təvəllüdlü Fariz Qaqaşov xəsarət alıb.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
7
9
redaktor.az

10Sources