EN

Sumqayıtda ana və azyaşlı oğlunu maşın vurdu - Biri komadadır+Yenilənib

Bu gün səhər saatlarında Sumqayıtda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib .

“Qafqazinfo”nun məlumatına görə, hadisə 4 nömrəli məktəbin yaxınlığında baş qeydə alınıb.

Hadisə zamanı üçüncü sinif şagirdi Əmənli Nurlan və anası Bağışova Sevil ciddi xəsarətlər alıb. Yaxınlarının verdiyi məlumata görə, azyaşlının iki ayağında sınıq aşkarlanıb, ana isə komadadır.

Laçın rayon sakini olan hər iki şəxs Sumqayıtda aidiyyəti üzrə xəstəxanaya yerləşdirilib.

***

Sumqayıt Tibb Mərkəzi hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbilə 18.03.2025-ci il taixində saat 10:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına və Təcili Tibbi Yardım Xəstəxanasına 2014-cü il təvəllüdlü şəxs (kişi cinsli) və 1995-ci il təvəllüdlü şəxs (qadın cinsli) hospitalizasiya olunublar:

“Qamış sümüyünün üçdə bir yerdəyişən sınığı diaqnozu təyin edilən 2014-cü il təvəllüdlü şəxs xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti stabildir, müalicələri davam etdirilir. 

Sol baldırın açıq yerdəyişən sınığı, qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi diaqnozları təyin edilən 1995-ci il təvəllüdlü şəxs isə Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir”.

Chosen
19
4
qafqazinfo.az

10Sources