Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampa bildirib ki, Rusiya və Ukrayna çərşənbə günü, martın 19-da əsir dəyişdirəcək.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin bildirib ki, məhbus mübadiləsi 175-dən 175-ə qədər olan düsturla həyata keçiriləcək.
Qeyd edilib ki, Putin və Tramp Ukraynanın həlli ilə bağlı “ətraflı və açıq fikir mübadiləsini” davam etdiriblər.
Ağ Evin mətbuat katibinin müavini Harrison Filds NewsNation-a deyib ki, Tramp Putinlə görüşdən əvvəl Ukraynada sülhün əldə olunmasına ciddi yanaşır.
//Gülnarə Abasova, Editor.az