EN

“Neft Daşları”nda kran dənizə düşdü, ölən var

“Neft Daşları”nda kran tarazlığını itirərək dənizə düşüb.

Viral.az SOCAR-ın “Azneft” İstehsalat Birliyi məlumatı APA-ya təsdiqləyib.

Məlumata görə, bu gün saat 16:25 radələrində “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və qazçıxarma idarəsinin 4 saylı Neft və qazçıxarma sahəsində “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti quraşdırma bölümü tərəfindən aparılan təmir işləri zamanı “Libher Gravleer” markalı tırtıllı kran tarazlığını itirərək dənizə düşüb.

Son Yazılar:

Hadisə nəticəsində kranın maşinisti Tağıyev Zahid Ramazan oğlu həyatını itirib.

Mərhumun nəşi saat 18:10 radələrində tibbi təyinatlı helikopterlə sahilə çıxarılıb.

Chosen
33
36
viral.az

10Sources