EN

Trampla Putin arasında telefon danışığı OLDU

ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.

Ağ evin aparat rəhbərinin müavini Den Skavino danışıqların yaxşı davam etdiyini bildirib. Telefon danışığı 3 saata yaxın çəkib.

ABŞ administrasiyası müharibəni sona çatdırmaq üçün mümkün bir yol kimi 30 günlük atəşkəs təklifini imzalamaqla bağlı Rusiya tərəfi ilə müzakirə aparır.

Chosen
14
5
redaktor.az

8Sources