"Ordu"nun baş məşqçisi Alberto Blanko "Lənkəran"a qarşı keçirdikləri Azərbaycan Basketbol Liqasının 19-cu turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.


Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis qələbə qazandıqları üçün sevincli olduqlarını bildirib:


"Matçın əvvəli bərabər səviyyədə keçsə də, boyük fasilədən sonra müdafiədə çox yaxşı oynadıq və qalib gəldik. Rəqibə qarşı pressinq etdikdən sonra onlar bizə müqavimət göstərə bilmədi. Bundan sonra növbəti oyunlara hazırlaşacağıq".


"Ordu" - "Lənkəran" qarşılaşması birincilərin 87:65 hesablı qələbəsi ilə yekunlaşıb.