Azərbaycan Basketbol Liqasında XIX tur davam edir.
Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə hər qrupda bir matç keçirilib.
B qrupunun qarşılaşmasında “Ordu” ilə “Lənkəran” üz-üzə gəlib. Autsayderlə görüşdə meydan sahibləri çətinlik çəkməyiblər.
"Lənkaran" yalnız birinci dövrədə üstünlük qazana bilib. Sonrada daha yaxşı oynayan "Ordu" 87:65 hesabı qalib gəlib.
A qrupunun oyununda “Naxçıvan” “Abşeron”u sınağa çəkib. İlk dövrədə 11 xal üstün olan qonaq komanda sonadək üstünlüyünü qoruyub. “Abşeron” 60:58 hesabı ilə qalib gəlib.
Tura martın 19-da yekun vurulacaq.
“Ordu” – “Lənkəran” - 87:65 (14:16, 26:22, 23:13, 24:14)
“Sərhədçi” İdman Mərkəzi
yer | komanda | O | Q | M | X |
1 | Gəncə | 18 | 14 | 4 | 32 |
2 | Şəki | 18 | 14 | 4 | 32 |
3 | Ordu | 19 | 12 | 7 | 31 |
4 | Sumqayıt | 19 | 8 | 11 | 27 |
5 | Quba | 19 | 5 | 14 | 24 |
6 | Lənkəran | 19 | 3 | 16 | 22 |
1 | Sabah | 18 | 14 | 4 | 32 |
2 | Naxçıvan | 19 | 12 | 7 | 31 |
3 | Neftçi | 18 | 9 | 9 | 27 |
4 | Abşeron | 19 | 8 | 11 | 27 |
5 | Sərhədçi | 18 | 6 | 12 | 24 |
6 | NTD | 18 | 6 | 12 | 24 |