EN

“Putin atəşkəs təklifini rədd edib” - Zelenski

“Rusiya Prezidenti Vladimir Putin tam atəşkəs təklifini faktiki olaraq rədd edib”. 

Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O, bildirib ki, Rusiya Ukraynaya hücumu davam etdirir və bu o deməkdir ki, sülh naminə Rusiyaya təzyiqlər davam etməlidir.

"Təəssüf ki, xüsusilə mülki infrastruktura zərbələr var", - deyə siyasətçi vurğulayıb.

Zelenski qeyd edib ki, Rusiyanın bu cür gecə hücumları Ukraynanın enerji sektorunu, infrastrukturunu və ukraynalıların normal həyatını məhv edir. Bu gecəki hücumun da istisna olmaması onu göstərir ki, sülhə nail olmaq üçün Rusiyaya təzyiqlər davam etməlidir.

"Bu gün Putin tam atəşkəs təklifini faktiki olaraq rədd etdi. Dünyanın Putinin müharibəni uzatmaq cəhdlərini rədd etməsi düzgün olardı", - deyə siyasətçi əkavə edib.

Onun sözlərinə görə, Rusiyaya təzyiq aşağıdakılardan ibarət olmalıdır:

"Və yalnız Rusiyanın mülki infrastruktura zərbələrinin real dayandırılması, bu müharibəni bitirmək istəyinin sübutu olaraq, bizi sülhə yaxınlaşdıra bilər", - deyə Zelenski yekunlaşdırıb.

Daşqın HəsənovMissiya.Az

Chosen
38
41
missiya.az

10Sources