EN

ABŞ-Husi hərbi qarşıdurması böyüyür

Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər Qırmızı dənizdə Amerikanın "USS Harry Truman" təyyarədaşıyan gəmisinə yeni hücum edib. Xarici KİV bu barədə husilərin yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariyaya istinadən məlumat yayıb.


Onun sözlərinə görə, təyyarədaşıyan gəmiyə hücum bir neçə qanadlı raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilib.


Sariya ABŞ-nin Qırmızı dənizdəki donanmasının Yəmənə qarşı geniş miqyaslı hava hücumu həyata keçirməyə hazırlaşdığını qeyd edib. Buna cavab olaraq husilər 72 saat ərzində dördüncü dəfə Harry Truman təyyarədaşıyan gəmisini vurublar və bununla da ABŞ-nin planlarını pozmuş olublar: "Biz onların təcavüzünün qarşısını aldıq!".


Husi nümayəndəsi vurğulayıb ki, əməliyyat zamanı qarşıya qoyulan bütün məqsədlərə uğurla nail olunub.



Tural

Chosen
3
news365.az

1Sources