EN

İmamoğlu saxlanıldı

İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu və mətbuat katibi Murad Onqun saxlanılıb.

APA xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

İmamoğlunun evində axtarış aparılıb, sonra o, tibbi müayinəyə aparılıb. İmamoğlu və müttəhimlər “cinayətkar təşkilata rəhbərlik”, “PKK ilə birlikdə hərəkət edərək şəhər razılaşmasına daxil olmaq” və korrupsiya ittihamları ilə saxlanılıblar. 

“A haber” telekanalının yaydığı məlumata görə, İstanbul bələdiyyəsinə qarşı genişmiqyaslı korrupsiya əleyhinə əməliyyat başladılıb.

Əməliyyat çərçivəsində İmamoğlu ilə yanaşı, onun mətbuat katibi Murat Ongun və bələdiyyənin təqribən 100 əməkdaşı barəsində də saxlanılma qərarı çıxarılıb.

Hazırda İmamoğlu və Ongunun evində axtarış aparıldığı qeyd olunub. 

Chosen
22
8
xezerxeber.az

10Sources