EN

Bu ərazilərdə qaz olmayacaq

Xəzər rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Missiya.Az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb. 

Bildirilib ki, Xəzər rayonunun Mərdəkan prospektində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. 

Qaz təchizatı dayandırılan müddətdə Mərdəkan qəsəbəsində İ.Nəsimi, Ş.İ.Xəqani, M.Ə.Sabir, Məmmədyarov və Aviaşəhərcik küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Chosen
15
34
missiya.az

10Sources