İstanbulda “Taksim” metrostansiyası növbəti xəbərdarlığa qədər bağlanıb.
Axar.az xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.
Eyni zamanda bildirilib ki, təxribat xarakterli hərəkətlərin qarşısını almaq üçün 4 gün müddətində - 19-23 mart tarixləri arasında hər cür toplantı, nümayiş və mətbuata açıqlamalar qadağan edilib.
Bu qərarların təhlükəsizlik səbəbi ilə qəbul olunduğu bildirilib.
Qeyd edək ki, İstanbul Böyük Şəhər Bələdiyyəsində əməliyyat keçirilib.