EN

Britaniyadan Tramp-Putin danışığına REAKSİYA

Böyük Britaniya hökuməti martın 18-də Donald Tramp və Vladimir Putin arasında telefon danışığından sonra Ukrayna üçün ədalətli və davamlı sülhə ehtiyac olduğunu qeyd edib.

Bakıvaxtı.az xəbər verir ki, Britaniya hökumətinin şərhini “Sky News” yayıb.

Bildirilib ki, Britaniya hökuməti Putinlə söhbətindən sonra “Prezident Trampın atəşkəs istiqamətində əldə etdiyi irəliləyişi” alqışlayır.

Rəsmi London eyni zamanda təkid edir ki, gələcək danışıqlar “Ukrayna üçün ədalətli və davamlı sülhə” gətirib çıxarmalıdır.

“Rusiyanın bir daha heç vaxt qeyri-qanuni işğala nail olmaması üçün Ukraynanı dəstəkləyəcəyik”, - deyə şərhdə qeyd edib.

Chosen
26
6
bakivaxti.az

7Sources