Polşa iqtidarı Belarus və Rusiya ilə sərhəddə “Şərq qalxanı” müdafiə istehkamları xəttində piyadalara qarşı minalardan istifadə etməyi planlaşdırır.
Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəsmisi Pavel Beyda məlumat verib.
Onun sözlərinə görə, Polşaya bir milyona qədər piyadaəleyhinə mina lazımdır, onları ölkə daxilində istehsal etmək niyyətindədirlər.