EN

AFFA-dan klublara cəza

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XXVII turunun oyunları ilə bağlı qərarlar verilib.

15.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVII turun “Kəpəz” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);
15.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVII turun “Sabah” – “Zirə” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Sabah” komandası 500 manat cərimə edilsin (maddə 70.1);

İdman.biz

Chosen
4
7
idman.biz

10Sources