EN

Lənkəranda külək irigövdəli ağacı yola aşırıb, 850 abonent işıqsız qalıb - FOTO

Lənkəranda güclü külək Lənkəran-Boradigah-Masallı magistralının Vilvan kəndi ərazisində irigövdəli ağacı yola aşırıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, nəticədə, kəndin elektrik təsərrüfatına ciddi ziyan dəyib, 850 abonent işıqsız qalıb.

Əraziyə aidiyyəti qurumlar cəlb olunub. Ağacın magistral yoldan götürülməsi və kəndin elektrik enerjisinin bərpası üçün işlər aparılır.

Chosen
12
12
far.az

10Sources