Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin sədri Sahibə Qafarovanı qəbul edib və ona “Şərəf” ordenini təqdim edib.
İctimai Rəy xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Milli Məclisin sədri Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib.
İctimai Rəy xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla spiker Azərbaycanın ictimai-siyasi həyatında böyük xidmətlərinə görə mükafata layiq görülüb.
Qeyd edək ki, bu gün S.Qafarovanın 70 yaşı tamam olur.

