EN

İşsizlərin nəzərinə: 220 manat müavinət alacaqsınız

Əmək pensiyası bir çox vətəndaşlarda sual doğuran məsələlərdəndir. Xüsusilə rəsmi işi olmayanların pensiya hüququ vaxtaşırı müzakirə edilir. Azərbaycanda əmək pensiyası hüququndan istifadə etmək üçün minimum pensiya kapitalına və ya azı 25 il sığorta stajına malik olmaq lazımdır. Ölkədə işsizlərlə yanaşı, əmək müqaviləsi ilə çalışmayanların sayı da kifayət qədərdir.

Həmin şəxslər pensiyaya necə çıxırlar?

Globalinfo.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, əmək müqaviləsi ilə işləməyən və 65 yaşadək məcburi dövlət sosial sığortası ödəməyənlər pensiya deyil, müavinət alırlar:

“Qeyd edilən kateqoriyada 65 yaşına çatmış kişilər və 64 yaşına çatmış qadınlara sosial yardım göstərilməsi məqsədilə aylıq 220 manat yaşa görə müavinət verilir. Qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Müavinət proaktiv qaydada ömürlük təyin olunur. Plastik bank kartları vasitəsi ilə yalnız nağdsız qaydada ödənilir. Lakin müavinəti alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə və ya hansısa fəaliyyətdən rəsmi qaydada gəlirlər əldə etdikdə müavinətin ödənişi dayandırılır”.

İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, staj və kapitalı olmayan Azərbaycan vətəndaşları yaşına və ya xəstəliklərinə görə pensiya alırlar:

“Təəssüf ki, həmin insanların təqaüdləri çox aşağı olur. Qane edəcək səviyyədə təqaüd almırlar. Əsas problem də bundan ibarətdir”.

Chosen
3
3
news24.az

4Sources