EN

Şeyx Azərbaycan xalqını təbrik etdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Demokrat.az-ın xəbərinə görə, təbrikdə builki Novruzun həm də İslam dünyası üçün əziz olan on bir ayın sultanı Ramazanın gəlişi ilə üst-üstə düşdüyündən daha da dəyərli və əlamətdar olduğu bildirilib:

"Bu gün işğaldan azad olmuş bütün məkanlarda, Xankəndinin mərkəzində alovlanan Novruz tonqallarnda bizə, bütün xalqımıza bayram sevincini yaşatdığına görə Uca Yaradana sonsuz həmd-sənalar edir, xalqımızın və qəhrəman ordumuzun qalib sərkərdəsinə dərin minnətdarlığımızı bildiririk!"

A.Paşazadə vurğulayıb ki, bu il yaz fəslinin Azərbaycana gəlişi martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək:

Chosen
54
13
demokrat.az

10Sources