Şəkidə avtoqəzada ölən və xəsarət alanların şəxsiyyəti bilinib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonunun Suçma kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2106" və "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ"ın sərnişini - Zaqatala rayon sakini, 1977-ci il təvəllüdlü Vüqar Ramazanov və "Mercedes"in sürücüsü - Şəki şəhər sakini, 1992-ci il təvəllüdlü Allahyar Qəhrəmanov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
"VAZ-2106"nın sürücüsü, 43 yaşlı Qəşəm Mustafazadə isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.