EN

Şəkidə qəzada ölən və xəsarət alanların şəxsiyyəti

Şəkidə avtoqəzada ölən və xəsarət alanların şəxsiyyəti bilinib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonunun Suçma kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ"ın sərnişini - Zaqatala rayon sakini, 1977-ci il təvəllüdlü Vüqar Ramazanov və "Mercedes"in sürücüsü - Şəki şəhər sakini, 1992-ci il təvəllüdlü Allahyar Qəhrəmanov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

"VAZ-2106"nın sürücüsü, 43 yaşlı Qəşəm Mustafazadə isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Chosen
2
12
metbuat.az

10Sources