EN

DYP-dən çağırış: Bayram günlərində təhlükəsizliyi unutmayaq!

Bayram günlərində baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün sürücülərlə maarifləndirici görüşlər davam edir. Növbəti belə görüş Bakı Beynəlxalq Avtovağzalında təşkil olunub. Məlumatı DİN mətbuat xidməti verib. 

Tədbirdə bayram ərəfəsində yollarda hərəkət intensivliyinin artacağı nəzərə alınaraq, sürücülərə sürət həddinə əməl etməyin, ötmə və manevretmə qaydalarına riayət etməyin, yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyin, həmçinin sərnişinlərin təhlükəsizliyini tam təmin etməyin vacibliyi bir daha xatırladılıb.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri və bütün yol hərəkəti iştirakçılarını diqqətli olmağa, qaydalara ciddi riayət etməyə və bayram sevincini təhlükəyə atmamağa çağırır.

Qaydalara əməl edin, bayramı təhlükəsiz keçirin!

 

P.ƏMİRCANOV

XQ

Chosen
17
4
xalqqazeti.az

10Sources