ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) işində irimiqyaslı saxtakarlıq sxemləri olub.
Demokratikmusavat.comxəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
“Çox gözəl səslənir - USAID. Möhtəşəm deyilmi? Ancaq bu, tamamilə fırıldaqdır", - Tramp qeyd edib.
Tramp əlavə edib ki, Demokratlar Partiyası hər zaman “Konstitusiyamız pozulub” deyirlər: “Amma heç vaxt danışmadıqları bir şey milyardlarla dolların hara yoxa çıxmasıdır. Onlar axtarmaq istəmirlər".
Mürtəza
Demokratikmusavat.com