EN

Bu məmurların milyonlarla borcu var

Azərbaycan Avtomobil Yollari Dövlət Agentliyinin (AAYDA) tabeçiliyində olan qurumların dövlətə milyonlarla manat vergi borcu yaranıb.

KONKRET.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, qanuni təmsilçisi Firdovsi Cümşüd oğlu Qafarov olan AAYDA-nın 55 №-li Yol İstismari Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 419414.02 AZN vergi borcu var.

Rəisi Mübariz Hilal oğlu Əkbərov olan 23 №-li Yol İstismari MMC-nin 105313.18 AZN, rəisi Anar Nəriman oğlu Süleymanov olan 3№-li Magistral Yollarin İstismari MMC-nin 6000150.47 AZN, rəisi Məzahir Yaqub oğlu Səlimov olan 54№-li Yol İstismari MMC-nin 443614.97 AZN vergi borcu yaranıb.

Chosen
27
13
konkret.az

10Sources