EN

Bu qurumların milyonlarla borcu var

Saleh Məmmədovun sədri olduğu Azərbaycan Avtomobil Yollari Dövlət Agentliyinin (AAYDA) tabeçiliyində olan qurumların dövlətə milyonlarla manat vergi borcu yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, qanuni təmsilçisi Qafarov Firdovsi Cümşüd oğlu olan AAYDA-nın "55 №-li Yol İstismari" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 419414.02 AZN vergi borcu var.

Rəisi Əkbərov Mübariz Hilal oğlu olan "23 №-li Yol İstismari" MMC-nin 105313.18 AZN, rəisi Süleymanov Anar Nəriman oğlu olan "3№-li Magistral Yollarin İstismari" MMC-nin 6000150.47 AZN, rəisi Səlimov Məzahir Yaqub oğlu olan "54№-li Yol İstismari" MMC-nin 443614.97 AZN vergi borcu yaranıb.
 

Chosen
28
13
hit.az

10Sources