EN

“Google” Novruz bayramına “doodle” həsr etdi

Beynəlxalq axtarış sistemi olan “Google” Novruz bayramına “doodle” həsr edib.

“Qafqazinfo” xəbər verir ki, axtarış sisteminin əsas səhifəsində istifadəçilər üçün Novruz bayramı ilə bağlı görüntü yerləşdirilib. Hansı ki, istifadəçilər onun üzərinə klikləməklə Novruz bayramı ilə bağlı bütün məlumatları əldə edə bilərlər.

“Doodle”da bayramın simvolları, Kosa, səməni, habelə baharın gəlişi, ağacların çiçək açması, qaranquşların gəlişi əks olunub.

Qeyd edək ki, bu tip “doodle”lar əsasən lokal xarakterli ərsəyə gətirilir.

Chosen
25
3
qafqazinfo.az

6Sources