EN

Trampı tənqid edən fransız alim ABŞ-də aeroportdan geri qaytarıldı

Donald Trampın siyasətini tənqid edən mesajların tapıldığı telefon yoxlanıldıqdan sonra fransız alimin ABŞ-a girişinə icazə verilməyib.

Demokratikmusavat.comxəbər verir ki, Fransanın ali təhsil və tədqiqat naziri Filip Baptiste bildirib ki, Amerika rəsmiləri kosmos tədqiqatları üzrə ixtisaslaşmış fransız alimi ölkəyə buraxmayıblar. Nazirin sözlərinə görə, buna səbəb tədqiqatçının telefonunda Donald Tramp administrasiyasının elmi sahədə siyasəti ilə bağlı şəxsi fikrini bildirən mesajlar olub.

Hadisə martın 9-da baş verib. Alim Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) dəvəti ilə Hyuston yaxınlığında keçirilən konfransda iştirak etmək üçün ABŞ-yə gəlib. Pasport nəzarəti zamanı o, təsadüfi yoxlamaya məruz qalıb, sərhədçilər onun telefonunun və kompüterinin içindəkiləri yoxlayıblar.

AFP-nin mənbələrə istinadən verdiyi məlumata görə, tədqiqatçının şəxsi yazışmalarında “Tramp-a nifrət” və potensial təhlükə kimi şərh edilən ifadələr aşkar edilib. Nəticədə onun avadanlıqları müsadirə olunub, alimin özü isə ertəsi gün yenidən Avropaya göndərilib.

Daha sonra ona məlumat verilib ki, Federal Təhqiqatlar Bürosu onun barəsində araşdırmaya başlayıb, lakin sonradan bütün ittihamlar ləğv edilib.(musavat.com)

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

10Sources