Ağsu rayonunda 3,5 maqnitudalı zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 07:59-da Kürdəmir stansiyasından 17 km şərqdə, Ağsu rayonunda zəlzələ qeydə alınıb.
Ocağı 41 km dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
Tarix: 21 Mart 2025, 09:15