EN

Şəbnəm: “Ən səliqəli geyinən ifaçı mənəm”

“Atam həmişə deyib ki, bu sənətdənsə, hər zaman hər şeyə fikir verməlisən. El şənliklərində oluruq. Təbii ki, geyimlərimizi bilirik. Amma bəzən yanlışlarımız olur. Sevdiklərimiz bizdən inciyirlər. Bilmədən olur...”

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu «Elcanlı» verilişində deyib.

“Hansısa el şənliyində tanış kişiyə salam verirsən, istər-istəməz görüşürük, digər jurnalist dostlarımızdan biri kənardan selfi çəkir, bir az mənə yaxın dayanır. Biz buna pis baxmırıq, amma nədənsə sevdiklərimizi bunu bizə irad tuturlar. Xanımıq və belə söz-söhbətlər çox olur.

Çalışıram ehtiyatlı olum, kənar durum. Öz ətrafımda ən çox səliqəli geyinən ifaçı mənəm”, o bildirib. (pravda.az)

Bizim.Media

Chosen
74
50
bizim.media

10Sources