EN

Kainatın sirri açılır: Marsda keçmiş həyata aid FAKTLAR

NASA-nın "Curiosity" adlı kosmik aparatı Marsın qədim göl yatağında bir neçə karbon atomundan ibarət zəncirlər aşkar edib. 

Yenisabah.az xəbər verir ki, bu molekulların Marsda həyatın mövcudluğu ilə bağlı vacib ipucları verə biləcəyi bildirilir. Nümunələr "Curiosity"nin nümunə götürmə cihazı vasitəsilə toplanıb və beynəlxalq bir qrup tədqiqatçı nəticələri Yer üzərindəki laboratoriyada təsdiqləyib. 

Araşdırmaya Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzində (CNRS) çalışan analitik kimyaçı Karolin Freissinet rəhbərlik edib. NASA tədqiqatçıları dərc olunan hesabatda qeyd ediblər:

“Bu molekulların mənşəyi və yayılması Marsdakı potensial bioloji izlərin araşdırılmasında böyük maraq doğurur". 

"Curiosity"nin əsas məqsədi Marsda həyat olub-olmadığını müəyyənləşdirəcək ipucları toplamaqdır.

Aytac Şahin


Telegram kanalımız
Chosen
37
yenisabah.az

1Sources